» » » FİFA Şurası DÇ-2026 üçün qitələrin kvota bölgüsünü təsdiqləyib

FİFA Şurası DÇ-2026 üçün qitələrin kvota bölgüsünü təsdiqləyib

FİFA Şurası DÇ-2026 üçün qitələrin kvota bölgüsünü təsdiqləyib
FİFA Şurası 2026-cı il dünya çempionatı üçün qitələr üzrə kvota bölgüsünü təsdiqləyib. ucarliyiq.biz-in məlumatına görə, həmin çempionatda ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.

Kvotalar belə bölünüb:

Avropa - 16 yığma

Afrika - 9,5

Asiya - 8,5

Şimali və Mərkəzi Amerika - 6,5

Cənubi Amerika - 6,5

Okeaniya - 1,5

Seçmə mərhələnin yekununda "pley-off" sistemi üzrə qitələrarası matçlar keçiriləcək. Nəticədə mundialın son 2 iştirakçısı müəyyənləşəcək.

Qeyd edək ki, hələlik DÇ-2026-ya yalnız ABŞ, Kanada və Meksika birgə ərizə verib.

scroll top