» » » İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb

İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb

İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət yığma komandası 2-ci turun oyununu keçirib. ucarliyiq.bizun məlumatına görə, rəqib Özbəkistan millisi olub.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 47:21. İlk dəqiqələrdən aşkar üstünlüyə yiyələnən Azərbaycan millisi fasiləyə öndə çıxıb - 23:9. Fasilədən sonra isə fərq daha da artıb.

Turun digər oyununda Türkiyə Kamerunu çətinliklə yenib - 33:31 (19:16).

İlk turda isə Azərbaycan Kamerunu 28:26, Türkiyə Özbəkistanı 31:21 hesabı ilə məğlub edib.

Qrupda son turun oyunları mayın 11-də keçiriləcək: Azərbaycan - Türkiyə, Özbəkistan - Kamerun.

Qeyd edək ki, ilk 2 turdan sonra Azərbaycan və Türkiyənin hərəyə 4 xalı var. Özbəkistanla Kamerunun isə xalı yoxdur.

scroll top