» » » Azərbaycanın yunan-Roma güləşçiləri Batumidə beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın yunan-Roma güləşçiləri Batumidə beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın yunan-Roma güləşçiləri Batumidə beynəlxalq turnirə qatılacaqlar
Gürcüstanın Batumi şəhərində mayın 13-də start götürəcək Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

“Report”un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 13 güləşçi qüvvəsini sınayacaq. Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elvin Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıb.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.

Qeyd edək ki, turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

scroll top