» » » Çempionlar Liqasında digər finalçı müəyyənləşib

Çempionlar Liqasında digər finalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib. ucarliyiq.bizun məlumatına görə, bu, İspaniyanın "Real Madrid" klubudur.

"Kral klubu" Madridin digər təmsilçisi "Atletiko"nu mübarizədən kənarlaşdırıb. Zinəddin Zidanın baş məşqçi olduğu komanda "Santyaqo Bernabeu"da 3:0 hesabı ilə yendiyi rəqibinə "Visente Kalderon"da minimal fərqlə uduzub - 1:2. İki oyunun cəmində daha üstün top fərqinə (4:2) malik olan "Real Madrid" ardıcıl ikinci mövsüm finala yüksəlib.

Həlledici qarşılaşmada "kral klubu" İtaliya "Yuventus"u ilə qarşılaşacaq. Görüş iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

10 may

22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 2:1

Qollar: Saul, 12. Antuan Qrizman, 16-penalti ilə - İsko, 42

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid. "Visente Kalderon" stadionu

İlk oyun - 0:3.

scroll top