» » » Səudiyyə Ərəbistanı şirkəti Kriştianu Ronaldunu 920 min funt sterlinqə icarəyə götürəcək

Səudiyyə Ərəbistanı şirkəti Kriştianu Ronaldunu 920 min funt sterlinqə icarəyə götürəcək

Səudiyyə Ərəbistanından olan şirkət "Real Madrid"in futbolçusu Kriştianu Ronaldu ilə birgə keçiriləcək vaxt üçün 920 min funt sterlinq ödəyəcək.

ucarliyiq.biz "Mirror"a istinadən xəbər verir ki, istənilən şəxs bu məbləği ödəməklə 4 saat ərzində futbolçunun yanında olmaq hüququ əldə edəcək.

Xidmətə həmçinin sosial şəbəkələrdə iki xatırlatma, Ronaldunun imzası ilə beş futbolka və fotosessiya daxildir. Bundan əlavə, şirkətə bir gün ərzində regional reklam məqsədilə Ronaldunun imicindən istifadə etmək icazəsi veriləcək.

scroll top