» » » İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb.

ucarliyiq.biz-in məlumatına görə, 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

Yığmanın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.

“Bakı Kristal Zalı”nda keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.

12 may

+91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

13 may

52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)

75 kq. 1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)

81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)

14 may

60 kq. 1/4 final. Cavid Çələbiyev – Yoel Volliamson(Qayana) / Hakan Doğan (Türkiyə)

69 kq. 1/8 final. Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)

91 kq. 1/4 final. Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)

15 may

49 kq. 1/4 final. Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)

56 kq. 1/4 final. Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)

16 may

64 kq. 1/4 final. Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)

scroll top