» » » İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması qrup lideri kimi yarımfinala yüksəlib

İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması qrup lideri kimi yarımfinala yüksəlib

İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması qrup lideri kimi yarımfinala yüksəlib
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası qrup mərhələsindəki son oyununu keçirib.

ucarliyiq.bizun məlumatına görə, rəqib Türkiyə yığması olub.

İlk yarıda meydan sahibləri 10:8 hesabı ilə üstün olublar. Fasilədən sonra isə fərq daha da artıb - 27:22.

Bu nəticədən sonra Azərbaycan yığması qrupdakı bütün görüşlərini qələbə ilə başa vuraraq, 6 xalla vahid liderə çevrilib. Əvvəlki görüşlərində Georgi Voronovun baş məşqçi olduğu komanda Özbəkistanı 47:21, Kamerunu 28:26 hesabı ilə yenib.

Yarımfinalda rəqib xal qazana bilməyərək, qrupda sonuncu yeri tutan Özbəkistan olacaq. 4 xala malik Türkiyə isə 2 xalla 3-cü olan Kamerunla qarşılaşacaq. Bu görüşlər mayın 13-də olacaq. Final qarşılaşması isə mayın 14-də baş tutacaq.

scroll top