» » » Azərbaycanın voleybol yığmaları İslamiadaya qələbə ilə başlayıblar

Azərbaycanın voleybol yığmaları İslamiadaya qələbə ilə başlayıblar

Azərbaycanın voleybol yığmaları İslamiadaya qələbə ilə başlayıblar
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçirilib.

ucarliyiq.bizun məlumatına görə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. A qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qrupun digər oyununda Mərakeş uzatma dəqiqələrində Kameruna məğlubiyyətdən qurtulub. B qrupunda isə Əlcəzair Fələstini, Oman isə Türkiyəni yenib.

Bu nəticələrdən sonra Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları 2 oyundan xal yığa bilmədikləri üçün qrupda qalıblar. Əlcəzair yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib. Qalan komandalar, o cümlədən, Azərbaycan millisi növbəti mərhələyə vəsiqəni son turda həll etməli olacaqlar.

Həndbol yarışlarında qrup mərhələsinə yekun vurulub. Son turun yekunlarına əsasən, Azərbaycanın qadın millisi maksimum xalla yarımfinala adlayıb. Növbəti mərhələdə rəqib Özbəkistan olacaq. Kişilərdən ibarət yığma isə qrupda 3-cü yeri tutduğu üçün mükafatçılar sırasına düşmə şanslarını itirib.

Azərbaycanın voleybol yığmaları isə ilk tura qələbə ilə start veriblər. Qadın millisi Qırğızıstanı asanlıqla, kişilərdən ibarət yığma isə Pakistanı ciddi müqavimətlə üzləşdiyi halda yenməyi bacarıb - 3:0.

11 may (cümə axşamı)

Futbol

Qrup mərhələsi, II tur

A qrupu

12:30. Kamerun - Mərakeş - 1:1

Qol: Frants Panqop Çidjui, 30 - Hamza Qudali, 90+1

"Bayıl Arena"

18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0

Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80

"Bayıl Arena"

Xal durumu: AZƏRBAYCAN - 4, Mərakeş - 4, Kamerun - 2, Səudiyyə Ərəbistanı - 0.

B qrupu

10:30. Oman - Türkiyə - 3:2

Qollar: Ahmet əl-Matruşi, 58. Salah əl-Yəhyayi, 63. Muhsen əl-Qəssani, 73-penalti ilə - Melih Okutan, 27. Oğuzkan Kayar, 45+2

"AZAL Arena"

16:30. Fələstin - Əlcəzair - 0:1

Qol: Fərid əl-Məlali, 63-penalti ilə

"AZAL Arena"

Xal durumu: Əlcəzair - 6, Oman - 4, Fələstin - 1, Türkiyə - 0.

Həndbol

Qrup mərhələsi, III tur

Kişilər

A qrupu

11:15. Səudiyyə Ərəbistanı – Pakistan - 35:26 (18:10)

20:15. Əlcəzair - Azərbaycan - 35:22 (15:11)

Xal durumu: Səudiyyə Ərəbistanı - 6, Əlcəzair - 4, AZƏRBAYCAN - 2, Pakistan - 0.

B qrupu

09:00. İraq – Mərakeş - 25:22 (10:11)

18:00. İordaniya – Türkiyə - 21:26 (10:11)

Xal durumu: Türkiyə - 6, İraq - 4, Mərakeş - 2, İordaniya - 0.

Qadınlar

13:30. Özbəkistan – Kamerun - 25:41 (7:18)

15:45. Azərbaycan – Türkiyə - 27:22 (10:8)

Xal durumu: Azərbaycan - 6, Türkiyə - 4, Kamerun - 2, Özbəkistan - 0.

Sərhədçi İdman Kompleksi

Voleybol

Qrup mərhələsi, I tur

Kişilər

A qrupu

10:00. Türkiyə - Türkmənistan - 3:0 (25:16, 25:11, 27:25)

21:30. Azərbaycan - Pakistan - 3:0 (25:22, 25:18, 25:21)

Bakı Kristal Zalı 1

Qadınlar

12:30. Türkiyə - Tacikstan - 3:0 (25:8, 25:6, 25:7)

19:00. Azərbaycan - Qırğızıstan - 3:0 (25:7, 25:3, 25:8)

Bakı Kristal Zalı

Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də keçiriləcək.

scroll top