» » » İslamiada: Daha 3 yeni növdə mübarizə başlayacaq

İslamiada: Daha 3 yeni növdə mübarizə başlayacaq

Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının beşinci yarış günündə 6 idman növü üzrə mübarizə gedəcək.

ucarliyiq.biz-in məlumatına görə, futbol, həndbol və voleyboldan sonra boks, bədii gimnastika və tennis növlərində də yarışlara start veriləcək. Azərbaycanın futbol və voleybol yığmaları bu gün heç bir görüş keçirməyəcəklər. Həndbolçu kişilərdən ibarət yığma 5-ci yer uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək. Boksçuların mübarizəsində ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində təsnifat mərhələsində qazaxıstanlı Nurlan Saparbayla qarşılaşacaq. Bu döyüşün qalibi 1/4 finalda Uosri Hafezlə (Misir) qarşılaşacaq. Bədii gimnastlar halqa və topla təsnifat mərhələsinin çıxışlarını edəcəklər. Nəhayət, tennisçi qadınlardan ibarət Azərbaycan komandası Özbəkistanla üz-üzə gələcək.

Həmçinin bu gün Oyunların açılış mərasimi baş tutacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 21:00-da start götürəcək.

12 may (cümə)

21:00 Açılış mərasimi

Bakı Olimpiya Stadionu

Həndbol

Kişilər

09:00. 7-ci yer uğrunda: Pakistan - İordaniya

11:15. 5-ci yer uğrunda: Azərbaycan - Mərakeş

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

Voleybol

Qrup mərhələsi

Kişilər

10:00. Qətər - Əlcəzair

12:30. İran - Səudiyyə Ərəbistanı

Bakı Kristal Zalı 1

Bədii gimnasika

12:00. Təsnifat mərhələsi (halqa və topla)

Milli Gimnastika Arenası

Tennis (10:00-dan etibarən)

Qadınlar. Azərbaycan - Özbəkistan

Kişilər. İordaniya - Qətər

Kişilər. Səudiyyə Ərəbistanı - Türkiyə

Kişilər. Türkmənistan - Özbəkistan

Qadınlar. Pakistan - Türkmənistan

Kişilər. Azərbaycan - Pakistan

Bakı Tennis Akademiyası


Boks (12:00-dan etibarən)

Təsnifat mərhələsi (60 kq, 64 kq, +91 kq)

+91 kq. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

Bakı Kristal Zalı 2

Interesting facts scroll top