» » » İslamiada: Ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib

İslamiada: Ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib

İslamiada: Ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib
"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, yarışlarda "körpücük" üzərinə 21 ölkədən 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.

Vaxt cədvəlinə əsasən, 13 - 17 mayda yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyənləşəcək.

İslamiadada ağırlıqqaldırma yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-də saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.

Yarışlar Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında keçiriləcək.

Interesting facts scroll top