» » » Fələstin və İsrail səfirlikləri 25 idmançının Azərbaycandakı İslamiadaya buraxılmamasına münasibət bildirib

Fələstin və İsrail səfirlikləri 25 idmançının Azərbaycandakı İslamiadaya buraxılmamasına münasibət bildirib

İsrail IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Fələstin nümayəndə heyətinə qoşulmaq istəyən 25 idmançının Qəzzadan çıxmasına qadağa qoyub.

Bunu ucarliyiq.biza açıqlamasında Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim deyib.

Səfirin sözlərinə görə, Fələstin nümayəndə heyətinin üzvlərinin sayı 105 idmançı olmalı idi, lakin İsrailin etdiyi addıma görə yarışlarda iştirak edəcək idmançıların sayı 80 olacaq: "İdmançıların sülh və insanlıq mesajları vermələrinə baxmayaraq, bu, həmçinin onu göstərir ki, İsrail hətta fələstinli idmançıların beynəlxalq yarışlarda iştirak etməsi ilə də müharibə aparır".

N.Ə.Kərim əlavə edib ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməsi nəzərdə tutulan 25 fələstinli idmançıya edilən bu münasibət qeyri-insani davranışların bir hissəsidir.

İsrailin Azərbaycandakı səfirliyindən ucarliyiq.biza bildiriblər ki, bu məlumatlar İsrailin müvafiq qurumlar tərəfindən araşdırılır.

Interesting facts scroll top