» » » "Çelsi" tarixində 6-cı dəfə İngiltərə çempionu olub

"Çelsi" tarixində 6-cı dəfə İngiltərə çempionu olub

İngiltərə Premyer Liqasının qalibi sona 3 tur qalmış müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, bu, "Çelsi" klubudur.

Antonio Kontenin baş məşqçi olduğu "zadəganlar" XXVI turda səfərdə "Vest Bromviç"i məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu Mişi Batşuayi 82-ci dəqiqədə vurub.

Bu qələbə sayəsində xallarını 87-yə çatdıran "Çelsi" ən yaxın izləyicisi "Tottenhem"i 10 xal üstələyib.

Qeyd edək ki, bu, "zadəganlar"ın 6-cı çempionluğu olub.

scroll top