» » » İslamiada: Rafael Ağayev finala yüksəlib

İslamiada: Rafael Ağayev finala yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

ucarliyiq.biz-in məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 1/4 finalda o, Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib - 5:2. Bu görüşdə təcrübəli idmançı baldırından zədələnsə də, görüşü sonadək davam etdirərək, qələbəyə nail olub. Yarımfinalda isə o, malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib və ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.

scroll top