» » » İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb

İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb

İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb
Azərbaycan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, kişilər arasında tapançadan 25 metr məsafəyə mərkəzə atış yarışında Ruslan Lunyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda üst-üstə 581 xal toplayıb. Türkiyəli Yusuf Dikeç gümüş, pakistanlı Muhammad Xalil Axtar bürünc medal əldə edib.

Qeyd edək ki, bu nəticə sayəsində Azərbaycan ölkələrin ümumi medal sıralamasında hərəyə 1 qızıl, 1 gümüş medala malik İndoneziya, İran və Türkiyədən sonra 4-cü pillədə qərarlaşıb.

Interesting facts scroll top