» » » Azərbaycanın daha bir atıcısı İslamiadada medal qazanıb

Azərbaycanın daha bir atıcısı İslamiadada medal qazanıb

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir atıcısı medal qazanıb. ucarliyiq.bizun məlumatına görə, bu, qadınlar arasında səngər stendi növündə yarışan Şəfəq Əmrahovadır.

35 yaşlı idmançı təsnifat mərhələsində Aydan Camalova ilə birgə çıxış edib. Onların 5 rəqibi olub. Camalova ilk 3 raundu üst-üstə 54 xalla 5-ci pillədə tamamlayıb. Əmrahova isə 48 xalla 6-cı olub. Nəticədə hər iki atıcı finala yüksəlib. Həlledici mərhələdə Əmrahova 37 xalla 2-ci, Camalova 13 xalla 6-cı olub. Türkiyəli Nuhan Gurer 41 xalla qızıl, qətərli Xalud Hassan əl-Xələf 29 xalla bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Şəfəq Əmrahovadan əvvəl kişilərin mübarizəsində 25 metr məsafədən tapança ilə mərkəzə atış yarışında Ruslan Lunyov Azərbaycana qızıl medal qazandırıb.

scroll top