» » » Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası 3-cü medalını qazanıb.

ucarliyiq.bizun məlumatına görə, bu nailiyyətə qadın ağırlıqqaldıranların mübarizəsində Səbinə Əzimova imza atıb. 53 kq çəki dərəcəsində çıxış edən Əzimova birdən 75 kq, təkanla 101 kq-ı ram edərək, iki hərəkətin cəmində 176 kq nəticə ilə bürünc medala sahib olub.

Bu çəkidəki digər atlet Gülçin Əlizadə iki hərəkətin cəmində 156 kq (70 kq + 86 kq) nəticə ilə 4-cü olub. Daha bir qadın ağırlıqqaldıran Mərziyyə Məhərrəmova (48 kq) iki hərəkətin cəmində 151 kq (66 kq + 85 kq) və kişi ağırlıqqaldıran Elmar Alıyev (56 kq) 233 kq (103 kq + 130 kq) göstərici ilə 6-cı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 1 qızıl, 1 gümüş, 1 bürünc medal var.

scroll top