» » » Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"

Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"

Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"
Rusiya "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin Almaniyanın "Erzgebirge" komandasının və Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun kluba mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan futbolçusunun kluba trasferinin rusiyalı mütəxəssis tərəfindən təsdiq edildiyi iddia olunurdu.

"Birinci dəfədir bu barədə eşidirəm. Məlumat həqiqətə uyğun deyil", – deyə Syomin bildirib.

Nazarov cari mövsümdə Almaniyanın II Bundesliqasında keçirdiyi 26 oyuna 9 qol vurub.

scroll top