» » » İslamiada: Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib. ucarliyiq.biz-in məlumatına görə, 100 kq çəki dərəcəsində həlledici görüşdə ölkənin 2 təmsilçisi - Elxan Məmmədovla Elmar Qasımov üz-üzə gələcək.

Bu isə daha bir qızıl medal və ən azı 3 gümüş medal deməkdir.

90 kq

1/4 final. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ) - cərimə xalı ilə qələbə

1/2 final. Məmmədəli Mehdiyev - Batuhan Efemgil (Türkiyə) - 2 dəqiqə 28 saniyəyə ippon

FİNAL. Məmmədəli Mehdiyev - Abderrahman Benamadi (Əlcəzair)

100 kq

1/4 final. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə) - 1 dəqiqə 41 saniyəyə ippon

1/2 final. Elmar Qasımov - Layeş Buyakub (Əlcəzair) - 2 dəqiqə 57 saniyəyə ippon

1/4 final. Elxan Məmmədov - Sultan Mania (Səudiyyə Ərəbistanı) - rəqibi görüşdən imtina edib

1/2 final. Elxan Məmmədov - Viktor Demyanenko (Qazaxıstan) - 2 dəqiqə 38 saniyəyə ippon

FİNAL. Elmar Qasımov - Elxan Məmmədov


Qadınlar

+78 kq

1/4 final. İrina Kindzerska - Essohanam Noeline Koro (Toqo) - 65 saniyəyə ippon

1/2 final. İrina Kindzerska - Sonya Asselah (Əlcəzair) - 11 saniyəyə ippon

FİNAL. İrina Kindzerska - Kayra Sayit (Türkiyə)

Qeyd edək ki, İslamiadada cüdoçuların mübarizəsində ilk yarış günündə Azərbaycan millisi 4 qızıl, 5 gümüş medal qazanıb.

Interesting facts scroll top