» » » İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib
"Bakı 2017" I İslam Həmrəyliyi Oyunlarında daha 4 çəki dərəcəsində paralimpiyaçı cüdoçular mübarizəyə qoşulub. ucarliyiq.biz-in məlumatına görə, Azərbaycan təmsilçilərindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev finala yüksələ bilməyib.

100 kq-dan yuxarı çəkidə yarışan 37 yaşlı gözdən əlil idmançı qrup mərhələsində iki görüşündən birində uduzduğu üçün bürünc medal görüşündə çıxış edəcək. Əvəzində bu çəkidə Kənan Abdullaxanlı finala vəsiqə qazanıb.

66 kq çəkidə Elçin Talıbov və Bayram Mustafayev finalda bir-biri ilə qarşılaşacaq. 73 kq-da Ramil Qasımov finala vəsiqə qazandığı halda Natiq Talıbov 3-cü yer uğrunda görüşə çıxacaq. 90 kq-da isə Tofiq Məmmədovla Rövşən Səfərov arasında bürünc medal görüşü olacaq.

scroll top