» » » İslamiada: Türkiyə həndbol millisi mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıb

İslamiada: Türkiyə həndbol millisi mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıb

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində kişi və qadın həndbolçular arasında yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

ucarliyiq.biz-in məlumatına görə, mükafatları Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov təqdim edib. Kişilərin yarışında gümüş medal qazanmış Türkiyə millisi mükafatlandırmaya Azərbaycan bayrağı ilə çıxıb.

Qeyd edək ki, kişilərin mübarizəsində Səudiyyə Ərəbistanı, qadınların yarışında isə Azərbaycan yığması qalib olub. Üçüncü yeri isə müvafiq olaraq, İraq və Kamerun tutub.

scroll top