» » » İslamiada: Azərbaycanın daha bir bədii gimnastı qızıl medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycanın daha bir bədii gimnastı qızıl medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycanın daha bir bədii gimnastı qızıl medal qazanıb - YENİLƏNİB
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın bədii gimnastı Jalə Piriyeva qızıl medal qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, Piriyeva topla hərəkətlərdə birinci yeri tutub. O, finalda 17,550 xal toplayıb. Bu yarışda azərbaycanlı daha bir gimnast Marina Durunda 15,800 xalla bürünc medala sahib olub. Gümüş medala isə yenə özbəkistanlı Anastasiya Serdyukova 16,950 xalla yiyələnib.

*** 19:10

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın bədii gimnastı Marina Durunda qızıl medal qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, Durunda halqa ilə hərəkətlərdə birinci yeri tutub. O, finalda 17,600 xal toplayıb. Bu yarışda azərbaycanlı daha bir gimnast Jalə Piriyeva 16,050 xalla bürünc medala sahib olub. Gümüş medalı isə özbəkistanlı Anastasiya Serdyukova 16,450 xalla əldə edib.

scroll top