» » » İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb - YENİLƏNİB

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb.

ucarliyiq.bizun məlumatına görə, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub.

Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.

*** 18:40

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışda final oyununun ilk yarısı başa çatıb.

ucarliyiq.bizun məlumatına görə, Azərbaycan millisi fasiləyə 14:11 hesablı üstünlüklə çıxıb.

scroll top