» » » 14 may: 14 qızıl, 14 gümüş və bürünc - İCMAL

14 may: 14 qızıl, 14 gümüş və bürünc - İCMAL

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ötən gün Azərbaycanın aktivinə daha 28 medal yazılıb. ucarliyiq.biz-in məlumatına görə, medalların yarısı "qızıl" əyarlı olub.

Ən çox medalı gimnastlar əldə ediblər. Bədii gimnastika növündə Marina Durunda və Jalə Piriyeva üst-üstə 7 medala sahib olublar. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 1-i bürünc olub. İdman gimnastikası üzə qadınlardan ibarət komanda qızıl, kişilərdən ibarət komanda gümüş medala sahib çıxıb.

Növbəti böyük nailiyyətə karateçilər imza atıblar. Bu növdə 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılıb.

Paracüdoçular günü 2 qızıl, 2 gümüş, 3 bürünc, cüdoçular 2 qızıl, 2 gümüş medalla başa vurublar.

Atıcılıq növündə Ruslan Lunyov 25 m məsafəyə tapança ilə sürətli atəş açmada birinci olub.

Üzgüçülük növündə ilk qızıl medala 1500 metr məsafəyə sərbəst üzmədə Maksim Şemberev yiyələnib.

Komanda növləri arasında isə həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Türkiyəni yenərək, qızıl medala sahib olub.

Beləliklə, mayın 14-də 14 qızıl, 9 gümüş, 5 bürünc medal qazanılıb. Bununla da Azərbaycan medallarının sayını 50-yə çatdırıb. Bunlardan 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdür. Təşkilatçı ölkə medal əyarında birinci yerdədir. Medal sayında isə Türkiyə liderdir - 59 medal (20 qızıl, 24 gümüş, 15 bürünc).

Ötən gün Azərbaycanın 3 daha 3 boksçusu ilk görüşlərindən qalib ayrılıb. Onlardan Cavid Çələbiyev 60 kq, Teymur Məmmədov isə 91 kq çəki dərəcəsində yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib.

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması isə Türkiyə üzərində 3:0 hesablı qələbə sayəsində yarımfinala qrup lideri kimi yüksəlib.

Su polosu üzrə kişilərdən ibarət Azərbaycan yığması İslamiadada ilk qələbəsini İndoneziya üzərində qazanıb.

Tennis və ağırlıqqaldırma növlərində isə zəif nəticə olub.

14 may (bazar)

Boks

Kişilər

69 kq. 1/8 final. Tamerlan Abdullayev - Muhammetmurat Sahedov (Türkmənistan) - 5:0

60 kq. 1/4 final. Cavid Çələbiyev - Hakan Doğan (Türkiyə) - 5:0

91 kq. 1/4 final. Teymur Məmmədov - Sardorbek Beqaliyev (Özbəkistan) - 4:1

Bakı Kristal Zalı 2

İdman gimnastikası

Final

Qadınlar (Yuliya İnşina, Marina Nekrasova, Yekaterina Tişkova) - 99,300 xalla qızıl medal

Kişilər (Timur Bayramov, Murad Ağarzayev, Bense Talas) - 161,700 xalla gümüş medal

Təsnifat mərhələsi

Kişilər

Dayaqla tullanma: Murad Ağarzayev 12,350 xalla 8-ci yeri tutub və finala yüksəlib

Turnik: Bençe Talas 14,150 xalla 1-ci, Murad Ağarzayev 12,800 xalla 5-ci, Timur Bayramov 12,200 xalla 8-ci yeri tutub. Talas və Ağarzayev finala yüksəlib

Dstəli at: Bençe Talas 14,100 xalla 2-ci, Murad Ağarzayev 13,850 xalla 3-cü, Timur Bayramov 13,000 xalla 6-cı yeri tutub. Talas və Ağarzayev finala yüksəlib.

Qadınlar

Sərbəst hərəkətlər: Yuliya İnşina 12,800 xalla 2-ci, Yekaterina Tişkova 11,900 xalla 7-ci, Marina Nekrasova 11,500 xalla 8-ci yeri tutub. İnşina və Tişkova finala yüksəlib

Gimnastika tiri: Marina Nekrasova 12,600 xalla 1-ci, Yuliya İnşina 11,150 xalla 5-ci, Yekaterina Tişkova 11,100 xalla 6-cı yeri tutub. Nekrasova və İnşina finala yüksəlib.

Milli Gimnastika Arenası

Bədii Gimnastika

Fərdi finallar

Halqa: Marina Durunda 17,600 xalla qızıl, Jalə Piriyeva 16,050 xalla bürünc medal

Top: Jalə Piriyeva 17,550 xalla qızıl, Marina Durunda 15,800 xalla bürünc medal

Gürzlər: Marina Durunda 16,550 xalla gümüş medal, Jalə Piriyeva 15,350 xalla 4-cü yer

Lent: Marina Durunda 15,450 xalla qızıl, Jalə Piriyeva 15,450 xalla gümüş medal

Milli Gimnastika Arenası

Həndbol

Kişilər

Bürünc medal uğrunda oyun: İraq - Əlcəzair - 27:22 (17:10)

Final: Səudiyyə Ərəbistanı - Türkiyə - 26:21 (12:10)

Qadınlar

13:30. Bürünc medal uğrunda oyun: Kamerun – Özbəkistan - 35:27 (18:14)

18:00. Final: Azərbaycan – Türkiyə - 28:26 (14:11)

Sərhədçi İdman Kompleksi

Cüdo

90 kq

1/4 final. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ) - cərimə xalı ilə qələbə

1/2 final. Məmmədəli Mehdiyev - Batuhan Efemgil (Türkiyə) - 2 dəqiqə 28 saniyəyə ippon

FİNAL. Məmmədəli Mehdiyev - Abderrahman Benamadi (Əlcəzair) - 3 dəqiqə 59 saniyəyə ippon

100 kq

1/4 final. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə) - 1 dəqiqə 41 saniyəyə ippon

1/2 final. Elmar Qasımov - Layeş Buyakub (Əlcəzair) - 2 dəqiqə 57 saniyəyə ippon

1/4 final. Elxan Məmmədov - Sultan Mania (Səudiyyə Ərəbistanı) - rəqibi görüşdən imtina edib

1/2 final. Elxan Məmmədov - Viktor Demyanenko (Qazaxıstan) - 2 dəqiqə 38 saniyəyə ippon

FİNAL. Elmar Qasımov - Elxan Məmmədov - 3 dəqiqə 29 saniyəyə cərimə xalları ilə qələbə


Qadınlar

+78 kq

Yarımfinal

İrina Kindzerska - Essohanam Noeline Koro (Toqo) - 65 saniyəyə ippon

İrina Kindzerska - Sonya Asselah (Əlcəzair) - 11 saniyəyə ippon

FİNAL. Kayra Sayit (Türkiyə) - İrina Kindzerska - 2 dəqiqə 27 saniyəyə ippon

Paracüdo

Kişilər

66 kq

Qrup mərhələsi: Elçin Talıbov Recep Çiftçiyə (Türkiyə) və Utkirjon Niqmatova (Özbəkistan) qalib gəlib.

Bayram Mustafayev Məhəmməd Kamil Bellabasa (Əlcəzair) qalib gəlib.

FİNAL: Elçin Talıbov - Bayram Mustafayev - 3 dəqiqə 45 saniyəyə cərimə xalları ilə qələbə

73 kq

1/4 final. Natiq Talıbov Yusif Racaya (Əlcəzair) uduzub

Bürünc medal görüşü: Natiq Talıbov - Sərdar Aydın (Türkiyə) - 11 saniyəyə ippon

Yarımfinal: Ramil Qasımov Sərdar Aydına (Türkiyə) qalib gəlib

FİNAL: Ramil Qasımov - Feruz Sayidov (Özbəkistan) - 1 dəqiqə 11 saniyəyə ippon

90 kq

Yarımfinal: Tofiq Məmmədov Ali Şahaniyə (İran), Rövşən Səfərov Boboyevə (Özbəkistan) uduzub.

Bürünc medal görüşü: Rövşən Səfərov - Tofiq Məmmədov - 11 saniyəyə ippon

+100 kq

Qrup mərhələsi

İlham Zəkiyev - Şirin Şaripova (Özbəkistan) uduzub, Ehsan Musanejadkarmozdini (İran) udub

Kənan Abdullaxanlı - Dursun Hayrana (Türkiyə) qalib gəlib.

Bürünc medal görüşü: İlham Zəkiyev - Dursun Hayran (Türkiyə) - 16 saniyəyə ippon

FİNAL. Şirin Şaripov (Özbəkistan) - Kənan Abdullaxanlı - 2 dəqiqə 43 saniyəyə ippon

Heydər Əliyev adına İdman Arenası

Karate

Kişilər

Kata

1/8 final. Roman Heydərov - Dmitri Stomp (Surinam) - 5:0

1/4 final. Roman Heydərov - Abolfazl Şahverdi (İran) - 3:2

1/2 final. Roman Heydərov - Xalifa Alabaar (BƏƏ) - 5:0

FİNAL. Roman Heydərov - Mehmet Yakan (Türkiyə) - 3:2

Kumite

84 kq

1/8 final. Ayxan Mamayev - Mahmud Sayan (İordaniya) - 7:1

1/4 final. Ayxan Mamayev - Muad Aşaş (Əlcəzair) - 5:3

1/2 final. Ayxan Mamayev - Abdulaziz Ataboyev (Özbəkistan) - 3:1

FİNAL. Ayxan Mamayev - Alparslan Yamanoğlu (Türkiyə) - 1:0

+84 kq

1/4 final. Asiman Qurbanlı - Muhammad Ramzan (Pakistan) - 5:1

1/2 final. Asiman Qurbanlı - Sayad Gənczadə (İran) - 4:5

Bürünc medal görüşü. Asiman Qurbanlı - Tareq Hamedi (Səudiyyə Ərəbistanı) - 4:2

Qadınlar

Kata

1/4 final. Neda Rezei - Selin Li (Malayziya) - 0:5

Kumite

68 kq

1/4 final. İrina Zaretska - Nada Mohamed / Marina Afue Konan (Kot dİvuar) - 4:3

1/2 final. İrina Zaretska - Behnuş Najefiqaqelestani (İran) - 3:0

FİNAL. İrina Zaretska - Eda Eltemur (Türkiyə) - 3:0

+68 kq

1/4 final. Fəridə Əliyeva - İmene Atif (Əlcəzair) - 1:1

1/2 final. Fəridə Əliyeva - Nargis Nargis (Pakistan) - 1:0

FİNAL. Fəridə Əliyeva - Meltem Hocaoğlu (Türkiyə) - 2:6

Bakı İdman Zalı


Atıcılıq

Qarışıq komanda halında

10 m pnevmatik tüfəng: Təsnifat mərhələsində Jalə Bayramova 256,3 xal, Əli Məcidli 244,9 xal toplayıb. Üst-üstə 501 xal toplayan Azərbaycan komandası 12-ci yeri tutub və finala yüksələ bilməyib.

Kişilər

25 m məsafəyə tapança ilə sürətli atəş: Ruslan Lunyov təsnifat mərhələsində 572 xalla 1-ci yeri tutub və finala yüksəlib. Finalda isə o, 21 xalla qızıl medal qazanıb.

Səngər stendi: Təsnifat mərhələsində Əli Hüseynli 116 xalla 3-cü, Əlimirzə Quliyev 113 xalla 9-cu, Ramil Rüstəmzadə 100 xalla 17-ci yeri tutub. Hüseynli ilk "6-lığ"a düşdüyü üçün finala yüksəlib.

Qadınlar

25 m tapança ilə atəş: Təsnifat mərhələsində İradə Aşumova 575 xalla 2-ci, Nigar Nəsirova 550 xalla 10-cu, Zərifə Qasımova 536 xalla 14-cü yeri tutub. Aşumova ilk "8-liy"ə düşdüyü üçün finala yüksəlib. Həlledici mərhələdə isə o, 18 xalla 4-cü yeri tutub.


Üzgüçülük (10:10 - 19:45)

Kişilər

200 m brass: Təsnifat mərhələsində Vəli İsrafilov finişə 2 dəqiqə 28,38 saniyəyə çataraq, 7-ci yeri tutub. İlk "6-lığ"a düşmədiyi üçün İsrafilov finala vəsiqə qazana bilməyib.

200 m sərbəst: Seçmə mərhələ: Dorian Fazekas 2 dəqiqə 1,93 saniyəyə 5-ci, Nikolay Trarov 2 dəqiqə 3,65 saniyəyə 6-cı yeri tutub. Onlar ilk "4-lük"ə düşmədikləri üçün finala yüksələ bilməyiblər.

18:41. 1500 m sərbəst: Final. Maksim Şemberev 15 dəqiqə 7,29 saniyə nəticə ilə qızıl medal qazanıb.

18:22. 100 m batterflyay (Delfin): Yarımfinallarda Yevgeni Lazuka 56,50 saniyə, Dmitri Saley 57,32 saniyə nəticə ilə 4-cü yeri tutub və finala yüksəliblər. Həlledici mərhələdə Lazuka 56,09 saniyə ilə 7-ci, Saley 57,74 saniyə ilə 8-ci yeri tutub.

18:05. 100 m arxa üstə: Yarımfinallarda Boris Kirillov 57,56 saniyə ilə 3-cü, Raman Saley 1 dəqiqə 0,92 saniyə ilə 5-ci olub. Nəticədə Kirillov finala yüksəlib, Saley isə ehtiyatda qalacaq.

Qadınlar

17:25. 100 m sərbəst: Yarımfinal mərhələsində Fatimə Alkərəmova 58,72 saniyə ilə 4-cü yeri tutub və finala yüksəlib.

17:00. 50 m batterflyay (Delfin): Yarımfinalda İlahə Rəciyeva 28,99 saniyə ilə 3-cü yeri tutub və finala yüksəlib. Həlledici mərhələdə isə o, 28,80 saniyə ilə 5-ci yeri tutub.

Bakı Su İdmanı Mərkəzi

Tennis

Kişilər

A qrupu

Türkiyə - Özbəkistan - 3:0

B qrupu

Azərbaycan - İordaniya - 0:3

Rəsul Qocayev - Musa Alkotop - 1:6, 4:6

Məhəmmədəli Hüseynov - Seif Adas - 0:6, 1:6

Rəsul Qocayev / Orxan Manaflı - Həmzə əl-Asvad / Musa Alkotop - 1:6, 2:6

Pakistan - Qətər - 3:0

Qadınlar

Azərbaycan - Türkiyə - 0:3

Zemfira Ağapayova - Ayla Aksu - 0:6, 0:6

Umayra Haşimova - Başak Eraydın - 0:6, 0:6

Umayra Haşımova / Alina Qavriş - Melis Sezer / Berfu Cengiz - 1:6, 0:6

Türkiyə - Türkmənistan - 2:0

Özbəkistan - Türkmənistan - 2:0

Özbəkistan - Pakistan - 3:0

Bakı Tennis Akademiyası

Voleybol

Kişilər

III tur

B qrupu

10:00. Mərakeş – Əlcəzair - 1:3 (25:18, 9:25, 21:25, 21:25)

21:30. İran – Qətər - 3:0 (25:21, 25:23, 25:11)

Xal durumu: İran, Əlcəzair - 2 oyundan 6 xal, Mərakeş və Səudiyyə Ərəbistanı 1 oyundan, Qətər 2 oyundan 0 xal.


Qadınlar

19:00. Azərbaycan – Türkiyə - 3:0 (25:18, 30:28, 25:20)

Xal durumu: Azərbaycan - 3 oyundan 9 xal, Türkiyə - 2 oyundan 3 xal, Tacikistan - 2 oyundan 0 xal, Qırğızıstan - 1 oyundan 0 xal.

Su polosu

Kişilər

II tur

16:30. Səudiyyə Ərəbistanı - İran - 6:11 (1:5, 2:3, 2:3, 1:0)

18:00. İndoneziya – Azərbaycan - 7:9 (1:1, 1:2, 1:4, 4:2)

Xal durumu: İran - 6 xal, Türkiyə - 3, Azərbaycan - 3, Səudiyyə Ərəbistanı, İndoneziya - 0.

Ağırlıqqaldırma

Kişilər

14:00. 62 kq. Allahyar Abışov birdən 117 kq, təkanla 135 kq, iki hərəkətin cəmində 252 kq nəticə ilə 10 iştirakçı arasında 8-ci yer.

scroll top