» » » İslamiada: Atletika və taekvondo yarışları başlayır

İslamiada: Atletika və taekvondo yarışları başlayır

İslamiada: Atletika və taekvondo yarışları başlayır
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə gedəcək.

ucarliyiq.biz-in məlumatına görə, atletika /para-atletika və taekvondo, eləcə də tennis üzrə fərdi yarışlara start veriləcək. Qadın voleybolçuların mübarizəsində qrup mərhələsinin son oyunu keçiriləcək. Boksda son yarımfinalçılar müəyyənləşəcək.

Atıcılıq, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində isə medal dəstləri sahiblərini tapacaq.

16 may

Atletika

Kişilər

100 metr: Kamran Əsgərov, Ramiz Malikov

400 metr: Arif Abbasov, Yevgeni Kasilov

Lövhə atma: Final. İsmayıl Əliyev

Üç təkanla tullanma: Nazim Babayev, Aleksis Kopello

Nüvə itələmə (para-atletika): Final. F56 (Oloxan Musayev), F57 (Samir Nəbiyev)

5000 metr: Final: Hayle İbrahimov

Qadınlar

100 metr: Zəkiyyə Həsənova, Yelena Pextiryova

800 metr: Anastasiya Komarova

400 metr sədlərlə qaçış: Lidiya Salixova

Çəkic atma: Final. Hanna Skidan

Üç təkanla tullanma: Final. Yekaterina Sarıyeva

100 metr (para-atletika): T12 (Yelena Çebanu, İradə Əliyeva)

Bakı Olimpiya Stadionu

Boks

1/4 final

52 kq. Məsud Yusifzadə - Abrorjon Kodirov (Özbəkistan)

64 kq. Elvin İsayev - Aliyor Noraliyev (Özbəkistan)

75 kq. Kamran Şahsuvarlı - İhsan Erdoğan (Türkiyə)

81 kq. Rauf Rəhimov - Aveys Ali Xan (Pakistan)

Bakı Kristal Zalı-2

Atıcılıq

Kişilər

50m 3 vəziyyətdə tüfəng ilə atəş: Əli Məcidli

10m pnevmatik tapancası ilə atəş: Ruslan Lunyov, Rəsul Məmmədov, Tahir Əhmədzadə

Kişilər Dairəvi stend: Fuad Qurbanlı, Niyaz Ağazadə, Emin Cəfərov

Qadınlar

10m pnevmatik tapancası ilə atəş: Nəzrin Abbaslı, Nigar Nəsirova, Zərifə Qasımova

Bakı Atıcılıq Mərkəzi

Üzgüçülük

Kişilər

100 metr sərbəst: Dorian Fazekas, Nikolay Trarov

200 metr batterflyay (delfin): Maksim Şemberev

50 metr arxa üstə: Boris Kirillov

100 metr sərbəst: Dorian Fazekas, Nikolay Trarov

Qadınlar

200 metr sərbəst: Fatimə Alkərəmova

100 metr batterflyay (delfin): Alsu Bayramova, İlahə Rəciyeva

4 x 100 metr sərbəst estafet: Final (Azərbaycan, İndoneziya, Əlcəzair, Türkiyə, Pakistan)

Bakı Su İdmanı Mərkəzi

Taekvondo

Kişilər

54 kq: 1/8 final. Qaşim Maqomedov - Umar İqbal (Pakistan)

58 kq: 1/8 final. Fizam Mehtiyev - Niyaz Pulatov (Özbəkistan)

Qadınlar

57 kq: 1/4 final. Eris Yaprak - Farsin Hamdani (Pakistan)

Bakı İdman Sarayı

Tennis

Kişilər (Fərdi)

1/16 final

Rəsul Qocayev - Fahad əl-Səəd (Səudiyyə Ərəbistanı)

Filip Nikoliç - Georgi Poçay (Türkmənistan)

Qadınlar (Fərdi)

1/8 final

Umayra Haşımova - Cahan Bayramova (Türkmənistan)

Amina Dik - Komola Umarova (Özbəkistan)

Bakı Tennis Akademiyası

Voleybol

Kişilər

B qrupu

10:00. İran - Mərakeş

Xal durumu: İran 6 xal (2 oyuna), Əlcəzair - 6 (2), Qətər - 2 (3), Mərakeş - 0 (1), Səudiyyə Ərəbistanı - 0 (2)

A qrupu

19:00. Fələstin - Azərbaycan

Xal durumu: Türkiyə - 6 xal (3 oyuna), Azərbaycan - 5 (2), Türkmənistan - 3 (2), Pakistan - 1 (2), Fələstin - 0 (1)

Qadınlar

21:30. Qırğızıstan - Tacikistan

Xal durumu: Azərbaycan - 9 xal (3 oyuna), Türkiyə - 6 (3), Qırğızıstan - 0 (2), Tacikistan - 0 (2)

Bakı Kristal Zalı-1

Su polosu

16:30. İndoneziya - İran

18:00. Türkiyə - Səudiyyə Ərəbistanı

Xal durumu: Türkiyə - 6, İran - 6, Səudiyyə Ərəbistanı - 3, Azərbaycan - 3, İndoneziya - 0.

Su Polosu Arenası

Ağırlıqqaldırma

Kişilər

77 kq: Əfqan Bayramov

85 kq: Kamran İsmayılov, Ceyhun Tağızadə

94 kq: Rövşən Fətullayev, Nailxan Nəbiyev

Ağır Atletika Arenası

Interesting facts scroll top