» » » İslamiada: Ramil Quliyev Türkiyə yığmasının üzvü kimi yarımfinala yüksəlib

İslamiada: Ramil Quliyev Türkiyə yığmasının üzvü kimi yarımfinala yüksəlib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsinə yekun vurulub.

ucarliyiq.biz-in məlumatına görə, Azərbaycanı Kamran Əsgərov və Ramiz Məlikov təmsil edib. Əsgərov 11,04 saniyə nəticə ilə 6-cı, Məlikov 11,26 saniyə göstərici ilə 7-ci olub. Nəticədə hər iki sprinter yarımfinala yüksələ bilməyib.

Əvəzində Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev yarımfinala yüksəlib. 27 yaşlı idmançı finişə 10,40 saniyəyə çatıb. O, Maldiv adalarından olan Səid Hassanla eyni nəticəni göstərib. Qalibi isə fotofiniş görüntüləri müəyyənləşdirib. Hassan 1-ci, Quliyev 2-ci yerin sahibi kimi mərhələ adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsi günün ikinci yarısında olacaq. Ramil Quliyev saat 17:52-də start xəttinə çıxacaq. Quliyev 200 metr məsafəyə də qaçacaq.

scroll top