» » » İslamiada: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

İslamiada: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. ucarliyiq.biz-in məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri 4 çəki dərəcəsi üzrə çıxış edirlər.

Azərbaycan təmsilçilərindən Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) finala yüksəlib. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) yarımfinalda uduzub. Onlar bürünc medal uğrunda görüşə çıxacaqlar.

Yunan-Roma güləşi

59 kq

Bürünc medal görüşü: Murad Məmmədov - Mostafa Sultan Rayek əl-Qade (İordaniya)

1/2 final. Murad Məmmədov - Kanıbek Jolçubekov (Qırğızıstan) - 3:5

1/4 final. Murad Məmmədov - Mohammad Nurbaxş (İran) - 10:4

71 kq

Bürünc medal görüşü: Rəsul Çunayev - İlker Sönmez (Türkiyə)

1/2 final. Rəsul Çunayev - Məhəmmədəli Gərayi (İran) - 5:6

1/4 final. Rəsul Çunayev - Akrem Bucemlin (Əlcəzair) - 8:0 (vaxtından əvvəl qələbə)

80 kq

FİNAL. Rafiq Hüseynov - Yusef Qaderian (İran)

1/2 final. Rafiq Hüseynov - Başir Sid Azara (Əlcəzair) - 10:1

1/4 final. Rafiq Hüseynov - Atabek Azisbekov (Qırğızıstan) - 5:1

98 kq

FİNAL. Orxan Nuriyev - Uzur Cuzurbekov (Qırğızıstan)

1/2 final. Orxan Nuriyev - Rustam Assakalov (Özbəkistan) - 5:0

1/4 final. Orxan Nuriyev - Tayab Raza (Pakistan) - 9:0

Heydər Əliyev adına Arena

scroll top