» » » İslamiada: Azərbaycan boksçusu bürünc medal qazanıb

İslamiada: Azərbaycan boksçusu bürünc medal qazanıb

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarımfinal mərhələsinə start verilib. ucarliyiq.biz-in məlumatına görə, Azərbaycanın 7 təmsilçisindən ilk olaraq, Tayfur Əliyev rinqə çıxıb.

56 kq çəki dərəcəsində yarışan Əliyev özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşıb. Görüşün sonunda hakimlərin yekdil qərarı ilə Şaraxmatov qalib elan olunub. Azərbaycan boksçusu İslamiadanı bürünc medalla başa vurub.

Boks

56 kq. Tayfur Əliyev - Abdulxay Şaraxmatov (Özbəkistan) - 0:5

60 kq. Cavid Çələbiyev - Sultan Zaurbek (Qazaxıstan)

69 kq. Tamerlan Abdullayev - İlya Oçkin (Qazaxıstan)

75 kq. Kamran Şahsuvarlı - Yunnes Qarrumi (Mərakeş)

81 kq. Rauf Rəhimov - Abdelrahman Abdelqavvad (Misir)

91 kq. Teymur Məmmədov - Ala Eldin Qussun (Suriya)

+91 kq. Məhəmmədrəsul Məcidov - Husseyn Yaşayş (İordaniya)

Bakı Kristal Zalı-2

Interesting facts scroll top