» » » Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq

Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq

Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq
2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq. “Report”un məlumatına görə, bu barədə “Pxençan-2018”in Təşkilat Komitəsinin sədri Li Xi Bom TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, büdcədəki düzəlişə səbəb ölkə rəhbərliyində baş verən dəyişiklikdir: “Bir müddət əvvəl ölkə rəhbərliyi dəyişib. Ona görə, yaxın vaxtlarda Olimpiya Oyunlarının büdcəsinə düzəlişlər müzakirə olunacaq. Hazırkı büdcə 2,2 trilyon Cənubi Koreya vonu (1,97 milyard dollar) həddindədir. Lakin bu rəqəm dəyişəcək. Çünki xərclər artır”.

Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti vəzifəsinə Mun Çje İn seçilib. 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Interesting facts scroll top