» » » İslamiada: Azərbaycan atıcıları daha bir dəst medal qazanıblar

İslamiada: Azərbaycan atıcıları daha bir dəst medal qazanıblar

İslamiada: Azərbaycan atıcıları daha bir dəst medal qazanıblar
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları bir dəst medal qazanıblar. ucarliyiq.biz-in məlumatına görə, qızıl medala qarışıq komanda halında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında Nigar Nəsirova - Ruslan Lunyov dueti sahib olub. Onlar üst-üstə 5 hədəfi dəqiq nişan alıblar.

Gümüş və bürünc medalları isə qarışıq komanda halında dairəvi stend atıcıları əldə ediblər. 89+2 xal toplayan Emin Cəfərov - Nurlana Cəfərova dueti gümüş, 89 xal yığan Niyaz Ağazadə - Rigina Mehtahəddinova cütlüyü isə bürünc mesala sahib olub.

Qeyd edək ki, Ruslan Lunyov bunadək fərdi mübarizələrdə 4 qızıl medal qazanıb.

scroll top