» » » Yaprak Eriş: "Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim"

Yaprak Eriş: "Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim"

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Yaprak Eriş jurnalistlərin suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir.


- Yarışın qalibi oldunuz. Təəssüratlarınız necədir?

- Qızıl medal qazandım, Allaha şükürlər olsun. Yarış gözəl keçdi. Dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm.

- Qızıl medal əldə edəcəyinizi gözləyirdinizmi?

- Əlbəttə, bütün yarışlarda hədəfim birici olmaqdır. Buna uyğun məşqlər keçmişdim. İstəyimə nail oldum.

- Finalda həmyerliniz Dürdanə Altunelə qalib qalib gəldiniz. Bu barədə nə deyə bilərsiniz?

- Türkəm, həlledici görüşdəki rəqibim də Türkiyə təmsilçisi idi. Bu səbəbdən, ikiqat həyəcanlı idim. Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim.

- Valideynləriniz qələbəniz barədə nə söylədilər?

- Bura mənə yad deyil, qardaş ölkəni təmsil edirəm. Heç bir şey demədilər.

- Qələbəniz həm də Türkiyəyə özünüzü sübut anlamına gəlirmi?

- Əlbəttə, özümü isbatladım.

- Gələcəkdə Türkiyə yığmasına çağırsalar necə, gedəcəksinizmi?

- Xeyr, qayıtmaram.

scroll top