» » » İslamiada: Azərbaycan atleti gümüş medal qazanıb

İslamiada: Azərbaycan atleti gümüş medal qazanıb

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında atletika növündə təmsil edən Rahib Məmmədov gümüş medal qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, R.Məmmədov 110 metr məsafəyə sədlərlə qaçış növündə fərqlənib.

O finişə 14,18 saniyəyə çatıb. Qızıl medalı 13,68 saniyə nəticə ilə Səudiyyə Ərəbistanından olan Ahmed əl-Muvallad, bürünc medalı isə 14,20 saniyə göstərici ilə iraqlı Mohammed Sad əl-Xfaji əldə edib.

scroll top