» » » İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib

İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib. ucarliyiq.bizun məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda yarımfinalda Tacikistanı asanlıqla üstələyib - 3:0 (25:16, 25:10, 25:6).

Finalda rəqib saat 19:30-da başlanacaq Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 18-də keçiriləcək.

scroll top