» » » Orxan Nuriyev: "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib"

Orxan Nuriyev: "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib"

Bakı17 may. "Bakı 2015" I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil edilib".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 98 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Orxan Nuriyev deyib.

Onun sözlərinə görə, qazandığı qızıl medal stimuldur: "Bu vaxta qədər ilk dəfə idi ki, xal vemədən qalib gəlirdim. Qarşıda Heydər Əliyev adına Qızıl Qran-pri turniri var, ona da hazırlaşıram".

scroll top