» » » Murad Məmmədov bürünc medal qazanmasını yorğunluğu ilə əlaqələndirib

Murad Məmmədov bürünc medal qazanmasını yorğunluğu ilə əlaqələndirib

"Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim İran idmançısı idi və ona 10:5 hesabı ilə qalib gəldim".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Murad Məmmədov deyib.

O, yarımfinalda uduzmasını yorulması ilə əlaqələndirib: "İran idmançısı ilə güləşdikdən iki görüş sonra məni yenidən döşəyə dəvət etdilər. Yorğunluq hələ bədənimdə qalmışdı. Ona görə də qırğız idmançıya uduzdum".

M.Məmmədov qarşıdan gələn dünya çempionatına hazırlaşdığını deyib.

scroll top