» » » Radik İsayev: "Bundan sonrakı motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir"

Radik İsayev: "Bundan sonrakı motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir"

Radik İsayev: "Bundan sonrakı motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir"
"Final döyüşüm çox uzun çəkdi, sonda qızıl xalla qalib gəldim. Sabah da digər taekvondoçularımız yarışacaq. Onlara da uğurlar arzulayıram".

ucarliyiq.biz-in məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev deyib.

87 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu bildirib ki, mümkün olan bütün titulları qazanmasına baxmayaraq, qarşıdakı yarışlara da ciddi hazırlaşacaq: "Bəli, mümkün olan bütün titulları qazanmışam. Bundan sonra motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir. İkiqat olimpiya çempionu olaraq, ilkə imza atmaq? Bunu Allah bilir necə olacaq".

Qeyd edək ki, Radik İsayev yeni titulundan əlavə, Avropa, dünya, olimpiya çempionluğu və "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb.

scroll top