» » » "Yuventus" on ikinci dəfə İtaliya kubokuna yiyələnib

"Yuventus" on ikinci dəfə İtaliya kubokuna yiyələnib

"Yuventus" on ikinci dəfə İtaliya kubokuna yiyələnib
"Yuventus" klubu "Olimpiya" stadionunda keçirilən futbol üzrə İtaliya Kubokunun finalında "Latsio" komandasını 2:0 hesabı ilə məğlub edib.

ucarliyiq.biz xəbər verir ki, turinlilərin heyətində Dani Alves (12-ci dəqiqədə) və Leonardo Bonuççi (24-cü dəqiqədə) fərqləniblər.

Bununla da "Yuventus" 12-ci dəfə İtaliya Kubokunun sahibi olub və şəxsi rekordunu artırıb. Əvvəllər Turin klubu 1937/38, 1941/42, 1958/59, 1959/60, 1964/65, 1978/79, 1982/83, 1989/90, 1994/95, 2014/15, 2015/16-cı illərin mövsümlərində dəfələrlə İtaliya kubokunun sahibi olub.

"Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Qeyd edək ki, İtaliya klubu iyunun 3-də Çempionlar Liqasının finalında ispan "Real"ına qarşı oynayacaq.

scroll top