» » » MOK: İslamiadanın Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğuna parlaq sübutdur

MOK: İslamiadanın Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğuna parlaq sübutdur

"İdmançılarımız qələbələri ilə özlərini Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırıblar".

ucarliyiq.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslamiadanın azərbaycanlı qaliblərinin mükafatlandırma mərasimində deyib.

"Dünən 9 qızıl medal qazandıq və ümumilikdə qızıl medalların sayı 50-yə çatdı", - Ç.Hüseynzadə bildirib.

Onun sözlərinə görə, İslamiadanın Bakıda keçirilməsi Azərbaycanın böyük idman ölkəsi olduğuna, bu gün dünyanın ən güclü idman ölkələri sırasında yer almasına parlaq sübutdur.

Milli Məclisin deputatı Hadı Rəcəbli bildirib ki, bu gün Azərbaycan dünyada böyük tədbirlər, o cümlədən idman tədbirləri keçirən ölkə kimi tanınır.

"İslamiadanın keçirilməsi ilə Azərbaycan dünyaya sülhsevər, qonaqpərvər ölkə olması və idmana böyük diqqət ayrılması mesajını verdi", - o əlavə edib.

Tədbir zamanı qeyd edilib ki, mayın 17-də Azərbaycan idmançıları komanda hesabına 9 qızıl, 5 gümüş və 4 bürünc medal yazdırıb. Nəticədə Azərbaycanın hesabında toplamda 50 qızıl, 29 gümüş və 21 bürünc medal var.

scroll top