» » » İslamiadanın beşqat qalibinin anası: "Mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcəyik"

İslamiadanın beşqat qalibinin anası: "Mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcəyik"

İslamiadanın beşqat qalibinin anası: "Mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcəyik"
"Ruslan Lunev IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək."

Bu barədə ucarliyiq.biza azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunevin anası İradə Aşumova bildirib.

"Onlar bu pulları qazanıb, axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hamsı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.

Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamaqdır.

Interesting facts scroll top