» » » İslamiada: Azərbaycan boksçusu qızıl medal qazanıb

İslamiada: Azərbaycan boksçusu qızıl medal qazanıb

İslamiada: Azərbaycan boksçusu qızıl medal qazanıb
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə start verilib. ucarliyiq.bizun məlumatına görə, əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb.

O, iraqlı Ammar Kərbəlayi ilə qarşılaşıb. 3 raundluq döyüşün sonunda hakimlər yekdilliklə Çələbiyevi qalib elan ediblər.

Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq.

Qeyd edək ki, boks növündə Azərbaycana ilk medalı 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev qazandırıb. O, bürünc medalla kifayətlənib. Cavid Çələbiyev İslamiadada 101-ci medalı, o cümlədən, 51-ci "qızıl"ı rəsmiləşdirib.

Boks

Final

60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)

69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)

75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan)

81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)

91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)

+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)

Bakı Kristal Zalı-2

scroll top