» » » İslamiada: Azərbaycan suya tullananı bürünc medal qazanıb

İslamiada: Azərbaycan suya tullananı bürünc medal qazanıb

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma növündə təmsil edən Dmitri Sorokin bürünc medal qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, Sorokin 3 metrlik tramplindən tullanmada 331,25 xal toplayıb.

Qızıl medalı 338,35 xalla iranlı Mojtaba Vəlipur, gümüş medalı 332,40 xalla indoneziyalı Aldiansyah Rafi əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın suya tullanma növündə ilk medalıdır.

scroll top