» » » Elvin Mürsəliyev: "Bu yarışlarda ən güclü idmançılar mənim rəqiblərim idi"

Elvin Mürsəliyev: "Bu yarışlarda ən güclü idmançılar mənim rəqiblərim idi"

"Bu yarışlarda demək olar ən güclü idmançılar mənim rəqiblərim idi. Birinci görüş iranlı, ikinci qırğızıstanlı və sonuncu türkiyəli idmançı ilı qarşılaşdım."

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 75 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Elvin Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu 4 güləşçi yarışın əsas favoritləri idi: "Əsas favoritlər biz- 4 nəfər idik və bir-birimizə rəqib olduq".

Qalib finaldakı rəqibinin aqressiv olmasının səbəbini də açıqlayıb: "Finaldakı rəqibim mənim güləşimə bələd idi. Bundan qabaq onların baş məşqçiləri bizdə məşqçi işlədiyinə görə, onlar mənim güləşimə bələd idilər. Ona görə də yorulanda hər 30 saniyədən bir həkim vasitəsilə istirahət edirdi. Düşünürəm ki, görüş bundan da yaxşı keçə bilərdi".

İslamiadanın qalibi qələbəsinin fərqli şəkildə qeyd etməsinə də aydınlıq gətirib: "Bilirsiniz ki, bu, islam ölkələrinin oyunlarıdır. Mən də bir müsəlman olaraq qələbəmi səcdəyə gedərək qeyd etdim."

scroll top