» » » Cavid Çələbiyev: "Qızıl medal qazanacağıma inanırdım"

Cavid Çələbiyev: "Qızıl medal qazanacağıma inanırdım"

"Qələbəmə inanırdım".

ucarliyiq.biz xəbərinə görə, bunu "Bakı 2017" lV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks yığmasının aktivinə qızıl medal yazdıran Cavid Çələbiyev deyib.

O, yarışa hazırlaşdığını deyərək bu səbəbdən müsbət nəticə əldə etdiyini bildirib: "Qızıl medal qazandım. Mən çəkdiyim əziyyətlərə görə bütün rəqiblərimdən güclü olduğuma əmin idim. Bundan sonra bütün yarışlara 60 kq çəki dərəcəsində qatılacağam. Mən "Qəbələ" klubunu təmsil edirəm və bu qızıl medalı da kluba həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əziyyəti var".

scroll top