» » » İslam Abbasov: "İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir"

İslam Abbasov: "İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir"

"Qələbəmi yaxınlarıma dostlarıma, əsasən də valideynlərinə həsr edirəm".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 85 kq çəki dərəcəsində qızıl medal mükafatçısı İslam Abbasov deyib.

İ.Abbasovun sözlərinə görə, İslamiada onun üçün 2020-ci il Olimpiadasına tramplindir: "Hamı istəyir ki, Olimpiya çempionu olum. Dünya çempionu olmaq asandır, amma onu qoruyub saxlama çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır".

O, türkiyəli idmançının finalda etirazına da aydınlıq gətirib: "Türk idmançı ilə 7-ci dəfə görüşürdük və cəmi 1 dəfə qalib gəlib. Ona görə bir-birimizi yaxşı tanıyırdıq. Hakimin mənə xal verməsinə gəlincə, oyun obyektiv keçdi. Sadəcə, o məğlub oldu və məğlubiyyətlə barışmadığı üçün etiraz etdi".

Interesting facts scroll top