» » » AGF-nin vitse-prezidenti: "Qızıl medalların sayına görə ölkəmizin birinci olacağını hesab edirəm"

AGF-nin vitse-prezidenti: "Qızıl medalların sayına görə ölkəmizin birinci olacağını hesab edirəm"

AGF-nin vitse-prezidenti: "Qızıl medalların sayına görə ölkəmizin birinci olacağını hesab edirəm"
"İki gün davam edən mübarizə yığma komandamız üçün çox uğurlu oldu. Bildiyiniz kimi, bu iki gün ərzində yığma komandamız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb".

Bunu ucarliyiq.biza Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

O, sərbəst güləşçilərdən də qələbə gözlədiklərini deyib:

"Sabah xanım güləşçilərimiz mübarizəyə qoşulacaq. İnanıram ki, sərbəst güləşçilərimiz də, ən azı 4-5 medal qazanacaq. Həmçinin, xanım güləşçilərimizdən də o qədər medal gözləyirik. Hətta çox ola bilər. Amma az olmayacaq. Hesab edirəm ki, qızıl medalların sayına görə ölkəmiz birinci yerdə olacaq".

scroll top