» » » Ayşən Abduləzimova: "Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq"

Ayşən Abduləzimova: "Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq"

Ayşən Abduləzimova: "Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq"
"Bu oyuna ciddi hazırlaşmışdıq. Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq".

Bunu ucarliyiq.biza açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında Türkiyə yığması ilə final matçından sonra Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.

O, ikinci setdə uduzmaqlarını rəqibin oyuna çox yaxşı hazırlaşması ilə əlaqələndirib: "Türkiyə ilə qrupda da qarşılaşmışdıq. Həmin vaxt zəif oynasalar da, bu dəfə çox israrlı idilər".

Abduləzimova qarşıda daha vacib yarışların olduğunu əlavə edib: "Tezliklə dünya çempionatının seçmə oyunları başlanır. Ondan sonra isə Avropa çempionatı olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Türkiyə üzərində 3:1 hesablı qələbə sayəsində İslamiadanın qalibi olub.

Interesting facts scroll top