» » » Elçin Cəfərov: “Dünya Güləş Birliyinin qanunu var və heç kim onu poza bilməz”

Elçin Cəfərov: “Dünya Güləş Birliyinin qanunu var və heç kim onu poza bilməz”

“Dünya Güləş Birliyinin qoyduğu qayda-qanuna əsasən, görüşlər arasındakı fasilə finala yaxınlaşdıqca 15 dəqiqə olur. Bu vaxtdan tez səni heç kim mübarizəyə çağıra bilməz”.

Bunu ucarliyiq.biza "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan güləşçilərdən bəzilərinin görüşlərarası müddətin azlığı ilə bağlı iddialarına münasibət bildirərkən, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov deyib. E.Cəfərov İslamiadada belə halın qeydə alınmadığını deyib: “Bu, 15 dəqiqədən tez mümkün deyil. Ola bilər, kimsə belə hesab edir, "Mənə yarım saat vaxt versinlər" deyir. Belə olmaz”.

AGF rəsmisi məsələ ilə bağlı güləşçilərin federasiyaya rəsmi müraciətinə də ehtiyac olmadığını deyib:

“Çünki Dünya Güləş Birliyinin qanunu var və heç kim onu poza bilməz. Nəinki mən!”

Qeyd edək ki, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 59 kq çəki dərəcəsində bürünc medal qazanan yunan-Roma güləşçisi Murad Məmmədov uduzmasının səbəblərindən birini yorğunluğu ilə əlaqələndirib. O, ikinci görüşünə reqlamentdə nəzərdə tutulandan daha tez çağırıldığını iddia edib. bir neçə gün öncə “Report”a açıqlama verən İslamiadanın 100 kq çəki dərəcəsində bürünc mükafatçısı, paracüdoçu İlham Zəkiyev də eyni iddia ilə çıxış edib.

Interesting facts scroll top