» » » Türkiyə səfiri: "Azərbaycan İslam Həmrəyliyi Oyunlarını çox yaxşı təşkil edib"

Türkiyə səfiri: "Azərbaycan İslam Həmrəyliyi Oyunlarını çox yaxşı təşkil edib"

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox yaxşı təşkil edib və bu münasibətlə ölkəni təbrik edirəm".

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bu Oyunlarda Türkiyə və Azərbaycanın medallar uğrunda əsl rəqabət apardığını qeyd edib: "Bir müddət birinci yerə çıxmışdıq, sonra siz ilk pilləyə yüksəldiniz, indi yenə biz birinci pillədəyik".

Diplomat bildirib ki, turnirin sonuna 4 gün qalıb, mübarizə maraqla izlənilir: "İstənilən halda, ya Türkiyə, ya da Azərbaycan komandası birinci olacaq".

Qeyd edək ki, növnəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.

scroll top