» » » "Real Madrid"in sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb

"Real Madrid"in sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb

"Real Madrid"in sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb

İspaniyanın "Real Madrid" klubunun keçmiş futbolçusu və idman direktoru Predraq Miyatoviç 190 min avro məbləğində vergidən yayınmaqda ittiham olunur.

ucarliyiq.biz-in "El Confidencial"a istinadən verdiyi məlumata görə, Madridin iqtisadi cinayətkarlıqla mübarizə üzrə prokurorluğu məhkəməyə müraciət edib.

P.Miyatoviç 2011-ci ildə fırıldaqçılığa yol verməkdə şübhəli bilinir. O, həmin vaxt İtaliya "Fiorentina"sında çıxış edib. Serbiyalı sabiq hücumçu "Real Madrid" formasını 1996 - 1999-cu illərdə geyinib. Bu müddətdə forvard İspaniya çempionluğu, Çempionlar Liqası, İspaniya Super Kuboku və Qitələrarası Kuboku qazanıb. O, 2006 - 2009-cu illərdə Madrid komandasının direktoru kimi çalışıb.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldu, Radamel Falkao, Lionel Messi də belə ittihamlarla üz-üzə qalıb.

scroll top