» » » Buffon karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Buffon karyerasını bitirəcəyi vaxtı açıqlayıb


"Yuventus" klubu və İtaliya milli komandasının qapıçısı Canluici Buffon Dünya çempionatı-2018-dən sonra karyerasını bitirməyi planlaşdırır.

ucarliyiq.biz xəbər verir ki, bunu 39 yaşlı qapıçı "Sky Sport Italia"ya müsahibəsində bildirib.

"Rusiyada keçiriləcək dünya çempionatından sonra karyeranı bitirmək? Bəli, 99,9 faiz belə də olacaq. Mənim daha bir mühüm oyunlarla dolu intensiv və məzmunlu mövsümüm olacaq. Ondan sonra bunu deməyin vaxtı çatacaq: "Sağ olun, mənim üçün kifayətdir", - deyə o bildirib.

Buffon "Yuventus-in prezidenti Andrea Anyelli ilə bir qapını açıq qoyduqlarını bildirib:

"Əgər klub Çempionlar Liqasını qazanarsa, mən dünya klub çempionatı və digər titulları qazanmaq üçün bir mövsüm də keçirəcəyəm", — deyə qapıçı söyləyib.

scroll top