» » » Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib

Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib


Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn futbol üzrə 2030-cu il dünya çempionatını Şimali Koreya və Şimal-Şərqi Asiyanın digər ölkələri ilə birgə keçirmək arzusunda olduğunu ifadə edib.

ucarliyiq.biz xəbər verir ki, Mun Çje İn bunu Seulda FİFA prezidenti Canni İnfantino ilə görüş zamanı bildirib.

"Əgər Şimal-Şərqi Asiyanın qonşu ölkələri, o cümlədən Şimali və Cənubi Koreya dövlətləri futbol üzrə dünya çempionatını qəbul etməyi bacararlarsa, düşünürəm ki, bu, Şimali və Cənubi Koreya dövlətləri arasında, həmçinin Şimal-Şərqi Asiyada sülhün bərqərar olmasına kömək edəcək. Mən prezident İnfantinonun bu məsələyə maraq göstərməsini istərdim", - deyə "AP News" Munun sözlərini sitat gətirib.

Interesting facts scroll top